Daşkəsən rayon sakini avtomobilini yandırıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Daşkəsən rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlar cəlb olunub.
Məlumata görə, Daşkəsən rayon sakini, 1986-ci il təvəllüdlü Samir İsayev ona məxsus "VAZ-2106" markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün anasının etirazı ilə qarşılaşıb. Buna əsəbləşən sürücü avtomobilini yandırıb. Hadisə nəticəsində xəsarət alan olmayıb və artıq yanğının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır/Report.