XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 February 2018 - 21:45

Yevlaxda yol qəzası baş verib –Ana və 8 yaşlı qızı xəsarət alıb

Yevlax rayonunda yol qəzası baş verib. 

Hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "VAZ-2109" markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə minik maşınında olan Goranboy rayon Xanqərvənd kənd sakinləri – sürücü Sabit Abbasov, sərnişini, 1987-ci il təvəllüdlü Arzu İsmail qızı Abbasova və onun 8 yaşlı qızı Tutu Abbaslı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sürücünün vəziyyəti normal olduğundan xəstəxanaya müraciət etməyib. Lakin sərnişinləri Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir/Report.