XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

16 Fevral 2018 - 16:40

AYB-də döyülən şair təkrar tibbi ekspertizadan keçiriləcək –Fəzail Böyükkişinin aldığı xəsarətlər niyə gizlədilib?

Tanınmış  şair-publisist, həkim Fəzail İsmayıl Böyükkişi ötən il Azərbaycan Yazıçılar Birliyində üzləşdiyi zorakılıqdan sonra başına gələn problemlərlə bağlı Strateq.az-a müraciət edib.

Xatırladaq ki, yazıçı ilə AYB rəhbərliyi arasında qalmaqal artıq bir ilə yaxındır davam edir. 2017-ci ilin mart ayında 60 yaşı tamam olmuş şair F. İsmayıl Böyükkişi prezident təqaüdü alması üçün AYB sədri Anara müraciət edib. Qalmaqal da bu zaman başlayıb. Öz müraciətini rəhbərliyə təqdim etmək üçün AYB-nin binasına gələn şairi Anarın müşaviri Rauf Aslanov qarşılayıb. F.İ.Böyükkişinin  sözlərinə görə, müraciətin qəbuluna imkan verməyən R. Aslanovla mübahisəsi yaranıb və nəticədə, Anarın müşaviri ona ağır bədən xəsarəti yetirib.

Strateq.az-a müraciət edən şairin sözlərinə görə, ötən ilin martında AYB-dəki üzləşdiyi zorakılıqdan sonra 1 sayılı Bakı şəhər xəstəxanasına müraciət edib. Xəstəxananın neyrocərahiyyə şöbəsinin verdiyi epikrizdə F.İsmayılın xəsarət alması təsdiq olunub.  O, bu epikrizi Səbayıl rayon məhkəmə-tibbi ekspertizasının sədri Xəlil Abdullayevə  təqdim edib. X.Abdullayev epikriz əsasında onu müayinə edərək şairin aldığı xəsarətləri təsdiq edib. Həkim öz şair həmkarını əmin edib ki, bütün xəsarətlərin əks olunduğu rəyi imzalayacaq.

F.İsmayılın sözlərinə görə, amma bir gün sonra kimlərinsə təsiri ilə X.Abdullayev fikrini dəyişib və şairin heç bir xəsarət almadığı barədə rəy yazıb. Daha sonra sənədi Səbail rayon 39-cu polis bölməsinə göndərib.

Halbuki, 1 saylı xəstəxanının neyrocərahiyyə şöbəsindən verilən epikrizdə xəstədə iki ön dişin sınması, gözaltı şiş, alın, ənsə və təpə nahiyəsində göyərmələr və qançır kimi xəsarətlər göstərilib. Bundan savayı kompüter tomoqrafiyası və MRT müayinələri əsasında məndə insult diqanozu təsdiq edilib"- deyə F.İsmayıl Böyükkişi bildirib.

F.İ.Böyükkişi  hadisədən sonra iki dəfə 5 saylı xəstəxananın nevrologiya şöbəsində uzun müddətli müalicə alıb, aylarla poliklinika şəraitində həkim nəzarətində olub.

Qeyd edək ki, insult ən ağır diaqnoz sayılır. Hüquqi müstəvidə  isə xəstə 22 gün həkim nəzarətində olursa, bu, ağır xəsarət sayılır.

Səhhəti bir qədər düzələn F.İsmayıl bütün bunlara aydınlıq gətirmək üçün 2018-ci ilin fevral ayında Respublika Məhkəmə-Tibbi Ekspertizasının sədri, professor Ədalət Həsənovun qəbulunda olub,  AYB-dəki  hadisədən sonra xəsarət almasını subut edən epikrzləri göstərib və Səbayıl rayon rayon məhkəmə-tibbi ekpertizasının sədri Xəlil Abdullayevin əməli barədə şikayət edib.  

Şairi dinləyən Respublika Məhkəmə-Tibbi Ekspertizasının sədri Ə. Həsənov deyib ki, Fəzail İsmayıl Böyükkişi təkrar məhkəmə- tibbi ekspertizadan keçməlidir. O, bu işdə nöqsana yol verən X.Abdullayev barədə ölçü götürüləcəyini vurğulayıb. F.Böyükkişi təkrar məhkəmə-tibbi ekspretizadan  keçmək üçün Səbail rayon 39-cu polis bölməsinə müraciət edib.  “Mən, nəhayət ki, haqq-ədalətin bərpa olunacağına və bu işə ədalətlə baxılacağına ümid edirəm”- deyə bildirib.

Strateq.az