XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

16 Fevral 2018 - 23:22

Moskvada 4 yaşlı azərbaycanlı qız baxçada şaxtadan donaraq ölüb –Cinayət işi açılıb FOTO

Moskva şəhərində (Moskva vilayəti) yerləşən uşaq baxçalarından birində 4 yaşlı əslən Azərbaycandan olan qız uşağı ölü tapılıb.

Hadisə 2120 saylı təhsil müəssisəsinə daxil olan baxçada səhər gəzintisi zamanı baş verib. “Report” yerli mətbuata istinadən xəbər verir ki, ilkin məlumata görə, tərbiyəçi gəzintidən sonra uşaqları binaya geri aparan zaman Zəhra Rzayeva adlı qız qrupdan geri qalıb.

Tərbiyəçi onun yoxluğundan bağçada xəbər tutub. Qadın küçəyə qayıdıb və uşağı huşsuz halda yerdə uzanmış vəziyyətdə tapıb. Müəssisə əməkdaşları bu ittihamı rədd edərək bildirirlər ki, uşaq "bioloji" səbəbdən ölüb. Qızın valideynlərinin istintaqa verdikləri məlumata görə, uşağın bədənində qançır yerləri olub. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsi üzrə ("Bir şəxsin peşə öhdəliklərini səhlənkar yerinə yetirməsi nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olma") cinayət işi qaldırılıb.