XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Fevral 2018 - 12:07

DİN Heydər Əliyev prospektindəki qəza ilə bağlı məlumat yayıb- 2 nəfər ölüb, 2 nəfər yaralanıb

Bakının Nərimanov rayonunun Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Belə ki, fevralın 16-da saat 17 radələrində Nərimanov rayonunun Heydər Əliyev prospektində Bakı şəhər sakinləri Rəhim Manafovun idarə etdiyi “Opel”, Eldəniz Məcidovun idarə etdiyi “Toyota”, Samirə Əliyevanın idarə etdiyi “Volkswagen” və Namiq Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə R.Manafovun sərnişinlərindən Bakı şəhər sakinləri Rasim Manafov və Oleq Sinkov hadisə yerində ölüb, sürücü və digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Nərimanov Rayon Polis İdarəsi (RPİ) tərəfindən araşdırma aparılır.