Bu gün naməlum şəxs Dağıstanda karnaval zamanı kütləni atəşə tutub.
APA-nın məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
Hadisə Kizlyar şəhərində baş verib. Silahlı şəxs bayram karnavalında insanlara atəş açıb. Nəticədə 4 nəfər ölüb, 4 nəfər də yaralanıb. Cinayətkar hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb. Bayram karnavalı zamanı kilsədən çıxan insanlar atəş açan silahlının şəxsiyyəti müəyyən edilib. Rusiya İstintaq Komitəsi kütləyə atəş açanın 22 yaşlı yerli sakin olduğunu açıqlayıb.
***
Dağıstanın Kizlyar şəhərində Maslenitsa bayramı zamanı kilsəyə gələn insanlara atəş açılıb.
Bu barədə Dağıstanın hüquq-mühafizə orqanlarından məlumat verilib. Hadisə zamanı 5 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb. Hamısı qadınlardı. Onlar kilsədən qayıdırmış. Atəş açan şəxs isə zərərsizləşdirilib, – RİA-Novosti məlumat verir.
Onun Dağıstanın Tsuntinski rayonunun 1995-ci il təvəllüdlü sakini Xəlilov Xəlil Öməroviç olduğu bildirilir.