XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

19 Fevral 2018 - 09:36

Ötən gün 183 cinayət faktı qeydə alınıb –40 nəfər şübhəli şəxs saxlanılıb DİN

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 183 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb.

Bu barədə DİN-in mətbuat xidmətindən Strateq.az-a bildiriblər. Axtarışda olduğuna görə 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.