XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

22 Fevral 2018 - 12:15

Biləsuvar Gömrük İdarəsində əməliyyat –Alt paltarında narkotik vasitə keçirən şəxs yaxalandı

Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. 

Strateq.az komitəyə istinadən xəbər verir ki, yoxlama zamanı onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilən, sellofana bükülmüş bir ədəd bağlamada təsiredici maddəsinin miqdarı 8 qram təşkil edən 200 həbdən ibarət "metadon" adlı dərman preparatı, sol ayağındakı corabının içərisindən isə 2 ədəd bükümdə xalis çəkisi 4,839 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.

Qeyd edək ki, "metadon" adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin" II Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.