XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

23 Fevral 2018 - 12:05

Şəmkirdə gediş haqqına görə sürücü öldürüldü –Qətl

Şəmkirdə sərnişin taksi sürücüsünü qətlə yetirib.

DİN mətbuat xidməti  xəbər verir ki, fevralın 21-də saat 23 radələrində Şəmkir şəhərinin ərazisində Ayvaz İsgəndərov şəhər sakini Arif Yusifovun idarə etdiyi “VAZ-2105” markalı avtomobilə sərnişin qismində oturub yaşadığı İrmaşlı kəndinə gedəcəyini bildirib.

İrmaşlı kəndinin ərazisində A.Yusifov ilə A.İsgəndərov arasında gediş haqqının ödənilməsi ilə əlaqədar münaqişə baş verib və sonuncu A.Yusifova kəsici alətlə çoxsaylı xəsarət yetirərək hadisə yerini tərk edib. Nəticədə xəstəxanaya yerləşdirilmiş A.Yusifov orada ölüb. Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.İsgəndərov saxlanılıb.

Araşdırma aparılır.