XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

24 Fevral 2018 - 11:15

Tovuzda ər-arvadın ölümünə səbəb olan yanğınıntəfərrüatı məlum olub

Tovuz rayonunda ər-arvadın ölümünə səbəb olan yanğınla bağlı rəsmi məlumat yayılıb. 

FHN-nin Tovuz rayon Yanğından Mühafizə Hissəsindən “Report”un Qərb bürosuna verilə məlumata görə, fevralın 24-də səhər saat 9 radələrində rayon mərkəzindəki Mərdən Musayev küçəsində yerləşən, Tovuz şəhər sakini, 1945-ci il təvəllüdlü Fərman Qoca oğlu Məmmədova məxsus ümumi sahəsi 320 kv/m olan 2 mərtəbəli 7 otaqdan ibarət evin birinci mərtəbəsindəki otaqlardan birində yanğın baş verib.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub, carpayı və divandan başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Araşdırma zamanı ev sahibinin yanaraq, onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Pakizə Şəmşəd qızı Mirzəyvanın isə tüstüdən boğularaq öldüyü məlum olub. 

Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil. 

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.