XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 February 2018 - 19:49

3 ay əvvəl Qusarda itkin düşmüş 29 yaşlı qadın tapıldı- Xırdalanda

Qusar rayonunda 3 ay əvvəl itkin düşən qadın tapılıb.

Rayonun Qullar kənd sakini, 29 yaşlı Rəna Mehdiyeva ötən il noyabrın 25-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bundan narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Mehdiyeva Abşeron rayonunun Xırdalan şəhəri ərazisində tapılaraq ailəsinə təhvil verilib.