XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

25 Fevral 2018 - 11:57

Bərdədə ev yandı, azyaşlı övladlarını yanğından xilas edən ata xəsarət alıb –FOTO

Bərdə rayonunun Lək kəndində fərdi yaşayış evi yanıb.

Strateq.az "Report"a istinadən xəbər verir ki, Niyammədin Kərimova məxsus evin iki otağı elektrik naqillərində baş vermiş qısa qapanmadan yanıb.

Hadisə zamanı evdə olan iki azyaşlı körpəni alovdan xilas edən N.Kərimov yanıq xəsarəti alıb. Yanğın FHN-in Yanğın Mühafizə Xidməti tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.