XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

25 Fevral 2018 - 15:25

Dağıstanın güc strukturlarında əməliyyat aparılır –Saxlanılan var

Dağıstan polisi və respublika Federal Təhlükəsizlik Xidməti Daxili İşlər Nazirliyinin Dağıstan üzrə Cinayət axtarışı şöbəsinin rəisi polkovnik Xaybul İbnuxacarovu saxlayıblar.

Bu barədə xəbəri öz mənbələrinə istinadən RBK yayıb.

"İbnuxacarovun maliyyə haqq-hesabını saxtalaşdırmasından şübhələnirlər, cinayət işinin qaldırılması ilə bağlı məsələyə baxılır", — deyə RBK-ya danışan mənbə bildirib.

Nəşrin məlumatına görə, sənədlərlə bağlı saxtalaşdırmalarda İbnuxacarovdan başqa Dağıstanda daha bir yüksək vəzifəli məmurdan şübhələnirlər. Nəşr onu da əlavə edir b ki, yoxlamalar respublikanın bütün güc strukturlarında aparılacaq.

Dağıstan Daxili İşlər Nazirliyinin saytında isə bildirilir ki, qurumda iki əməkdaşın maliyyə pozuntularına yol verdikləri aşkarlanıb. Onların işdən çıxarılması barədə məsələyə baxılır, əlavə təfərrüatlara toxunulmayıb.

Xatırladaq ki, Dağıstanda fevralda korrupsiyaya qarşı genişmiqyaslı yoxlama başlanmışdı. O vaxt respublika hökumətinin başçısı Abdusamad Həmidov, onun müavinləri və bir neçə məmur saxlanılmışdı. Onlar dələduzluqda ittiham olunurlar.

Virtualaz.org