XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Fevral 2018 - 19:54

Daşkəsəndə arvadını öldürən şəxsin intiharı ilə bağlı bəzitəfərrüatlar məlum olub

Ötən gün Daşkəsən rayonunun Əhmədli kəndində qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirən şəxs intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, fevralın 25-də Əhmədli kəndində qeyri-rəsmi nikahda yaşadığı həmin kəndin sakini, 1975-ci il təvəllüdlü Mahizər Məhəmməd qızı Abbasovanı küt alətlə qətlə yetirib hadisə yerindən qaçan Daşkəsən rayon Çanaqçı kənd sakini, 1978-ci il təvəllüdlü Qorxmaz Şəmil oğlu Bağırov Gəncə şəhərinə gələrək ordada Məhsəti qəsəbəsində yerləşən özünə məxsus evdə bu gün özünü asıb. 

Məlumata görə, Q.Bağırov həmin evi kirayə verib və dünən hüquq-mühafizə orqanları əməkdaşlar tərəfindən evə baxış keçirilsə də, onu orada tapmaq mümkün olmayıb. Bu gün isə evdə kirayədə yaşayan şəxsin dediyinə görə, o, səhər saatlarında xəstəxanaya gedib, evə geri qayıdan zaman ev sahibinin dam tövləsində özünü asdığını görüb. Kirayənişin bununla bağlı Çanaqçı kəndində yaşayan və bir ay əvvəl boşandığı Q.Bağırovun həyat yoldaşına məlumat verib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, istintaq aparılır.