XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2018 - 09:25

Bakıda kütləvi dava olub, bıçaqlanan var –Sosial şəbəkədə təhqirə görə

Bakıda çayxanada kütləvi dava zamanı gənc oğlan bıçaqlanıb.

Hadisə Nəsimi rayonunda baş verib.

Rayon ərazisində fəaliyyət göstərən çayxanaların birində 4 nəfər arasında əlbəyaxa dava olub.

1998-ci il təvəllüdlü Kərimov Sabir Fəxrəddin oğlu dava zamanı qarın nahiyəsindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Yaralının yaxınlarının verdiyi məlumata görə, o, evi tərk edərək marketə getdiyini bildirib. Məlum olub ki, S.Kərimov "facebook" sosial şəbəkəsində dostunun təhqir olunduğunu görüb. Və onunla birgə sosial şəbəkədə dostunu təhqir edən şəxsi çayxanaya çağırıb. Çayxanada yaranmış mübahisə nəticəsində əlbəyaxa dava olub.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsində araşdırma aparılır/Report.