XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Mart 2018 - 18:34

Keçmiş MTN-nin vəzifəli şəxsləri bəraət istəyir –Proses

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən Elşad Əzizovun vəkili Kamil Axundov, Anar Şirəliyevin vəkili İlqar Həsənov və Fərhad Atayevin vəkili çıxış ediblər.

Onlar hüquqlarını müdafiə etdiyi şəxslərə bərəat verilməsini xahiş ediblər.

Günün ikinci yarısında davam edən prosesdə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətovanın vəkili çıxış edib.

Vəkil xanım generala bəraət verilməsini istəyib.

Növbəti proses martın 6-da davam edəcək.

Qeyd edək ki, prokuror Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, general Natəvan Mirvətovanın 12 il, Füzuli Əliyevin 15 il , Zaur Məmmədovun 13 , Natiq Alıyevin 14, Fərhad Atayevin 7il, Anar Şirəliyevin 7 il, Eşqin Əliyevin 7 il və Elşad Əzizovun 8 il il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib.

Prokuror zamində olan Natəvan Mirvətovanın həbs edilməsini istəyib. Həmçinin təqsirləndirilən generalların rütbədən məhrum edilməsi barədə ölkə prezdentinə təqdimat göndərilməsi təklif edilib. Digər vəzifəli şəxslərinin rütbədən məhrum olunması təklifi də çıxışda yer alıb.

Prokuror təqsirləndirilən şəxslərin əmlaklarının müsadirəsi və zərərçəkmişlərin mülki iddiaları ilə bağlı qanunun tələblərinə uyğun qərar çıxarılmasını, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını tələb edib.