XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

01 Mart 2018 - 21:31

Yasamalda həkim-travmatoloqu avtomobil vuraraq öldürüb –Sürücü saxlanıldı

Bakının Yasamal rayonunda piyadanı avtomobil vuraraq öldürüb. 

Orta yaşlı kişi piyada keçidindən yolu keçmək istəyərkən "Nissan X-Trail" markalı minik avtomobili tərəfindən vurulub. 

“Report” xəbər verir ki, vurulan piyada Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, 1938-ci il təvəllüdlü İsmayılov Nadir İsmayıl oğludur.

N.İsmayılov uzun müddət idi ki, sözügedən institutda həkim kimi fəaliyyət göstərirdi.

Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.