XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

02 Mart 2018 - 18:51

Polis İsrailin baş nazirini dindirib –Netanyahu korrupsiya ittihamı üzrə ifadə verib

İsrail polisi cümə günü ilk dəfə ölkənin ən böyük telekommunikasiya şirkəti Bezeq-in də daxil olduğu korrupsiya iddialarına görə baş nazir Benyamin Netanyahunu dindirib.

“Army Radio” və digər media orqanlarının verdiyi məlumata görə, Netanyahunun dindirilməsi onun iqamətkahında baş tutub. Baş nazirin həyat yoldaşı Sara isə başqa yerdə sorğulanıb. Polis iddia edir ki, Bezeq Telekom korporasiyası kommunikasiya tənzimləyicilərində şirkət lehinə qərarlar verməsi müqabilində İsrailin baş naziri və həyat yoldaşı haqqında müsbət xəbərlər paylaşıblar.

Netanyahu başqa iki rüşvət ittihamında günahlandırılsa da, baş nazir ona qarşı səsləndirilən bütün iddiaları rədd edib. (Amerikanın Səsi)