ABŞ-ın Miçiqan ştatında universitetdə silahlı insident baş verib.
TASS-ın verdiyi xəbərə görə, hadisə Maunt-Plezant şəhərində qeydə alınıb. İlkin məlumata əsasən, insident nəticəsində 2 nəfər ölüb. Hadisə ilə əlaqədar bir nəfərin axtarıldığı bildirilir. Digər təfərrüatlar barədə hələ ki, məlumat verilmir.