XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Mart 2018 - 22:02

Salyanda yol polisi postunda silahlı insident baş verib

Ələt-Astara magistralının Salyan ərazisində yerləşən DYP postunda silahlı insident baş verib.

Hadisə 10 saylı tağıma məxsus DYP postunda qeydə alınıb. Salyan şəhər sakini, 1988-ci il təvəllüdlü  Bağırov Orxan Cahangir oğlu DYP postuna gələrək ov tüfəngindən post istiqamətində atəş açıb. Daha sonra ona məxsus minik avtomobili ilə oradan uzaqlaşıb və Salyan şəhərində maşınla Salyan rayon polis əməkdaşı, 1982-ci il təvəllüdlü Dəmirov Raqib Həmdulla oğluna yüngül xəsarət yetirib.

Məlumata görə, qeyd edilən şəxs sürücülük vəsiqəsi olmadan avtomobil idarə edib. O.Bağırov saxlanılıb. Faktla bağlı cinayət işi açılıb,  araşdırma aparılır.