XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

03 Mart 2018 - 19:34

Göyçayda 23 yaşlı oğlan özünü asıb- Toyu ərəfəsində

Bu gün Göyçay rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Veysəlli kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Mikayılov Mikayıl Rafael oğlu yaşadığı evin həyətindəki yarımçıq tikilidən özünü kəndirlə asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, M.Mikayılov 6 ay öncə ailə quracağı qızla nişanlanıb və yaxın vaxtlarda keçiriləcək toya hazırlaşırdı.