XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

07 Mart 2018 - 15:28

Cəlilabadda baş verən qətlin üstü açılıb- DİN-dən açıqlama

Martın 2-də Cəlilabad rayonunun Musalı kəndində yaşayan Siruz Nəsirov yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

DİN-dən Trend-ə daxil olan məlumata görə, onun üzərində zorakılıq əlamətləri olan meyiti martın 5-də Ləkin kəndinin otlaq sahəsində tapılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cəlilabad Rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində S.Nəsirovu münaqişə zəminində çəkiclə qətlə yetirməkdə şübhəli bilinən Musalı kənd sakini Seymur Məmmədov tutulub.