XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 March 2018 - 14:27

Rusiyanın sabiq FTX polkovniki kimyəvi maddə ilə zəhərlənib –Britaniya polisi açıqladı

 

Britaniya polisinin Rusiyanın keçmiş xüsusi xidmət zabitinin əsəb-sinir sisteminə təsir göstərən kimyəvi maddə ilə zəhərləndirildiyini bildirib.

Britaniya hökumətinin təcili hallar komitəsi bundan öncə Sergey Skripal və onun 33 yaşlı qızının zəhərlənməsi ilə bağlı insidentlə əlaqədar çərşənbə günü yeni məlumatlar təqdim edib: “Bu insident əsəb-sinir sisteminə təsir göstərən kimyəvi maddədən istifadə edilməklə sui-qəsd cəhdi kimi təhqiq edilir”, -polisin antiterror şöbəsinin komissarının müavini Mark Roli bildirib. O deyib ki, Skripal və onun qızının vəziyyəti ağır olaraq qalır.

Rouli hansı kimyəvi maddədən istifadə edildiyi ilə bağlı məlumat verməyib.

 Skripal və onun qızı Yuliya keçən bazar günü Britaniyanın cənubunda yerləşən Salsbury şəhərindəki parkda huşlarını itirmiş vəziyyətdə tapılıblar. İnsidentin ardınca Britaniya qanunvericiləri ölkədə son illər Rusiya kəşfiyyat agentlikləri ilə bağlı olduğu mümkün olan şübhəli ölüm hallarının təcili təhqiq edilməsi haqda çağırışlar edib.

Britaniyanın xarici işlər naziri Boris Conson çərşənbə axşamı günü Kremln insidentə görə məsuliyyət daşıdığı aşkar edilsə, Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyi ilə hədələyib. Onun bu açıqlamaları Rusiyanın Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zaxarova tərəfindən tənqidlə qarşılanıb. (Amerikanın Səsi)