Goranboy rayonunda zəncirvari avtomobil qəzsı baş verib.
Hadisə rayonun Borsunlu kənd yolunda baş verib.
Goranboy rayonunun Xoylu kənd sakinləri, 1961-ci il təvəllüdlü Lətafət Elmir qızı Həsənova və onun 8 aylıq nəvəsi Ayxan Dəmir oğlu Həsənli, avtomobilin sürücüsü Dəmir Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəza zamanı daha bir nəfərin xəsarət aldığı bildirilir/Report.