XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

10 Mart 2018 - 11:46

Lerikdə yük maşını dərəyə aşıb:ölən və yaralananlar var

Lerik rayonunun Piran-Zeynəko kənd yolunun 2-ci kilometrliyində ağır yol qəzası baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, "QAZ-66" markalı yük maşınının yoldan çıxaraq dərəyə aşması nəticəsində maşının kabinəsində olan 1984-cü təvəllüdlü Ağayev Kamal Cəfər oğlu dünyasını dəyişib.

Ağır xəsarət alan 1983-cü il təvəllüdlü Əhədov Babek Xəlil oğlu və 1985-ci il təvəllüdlü Hüseynov Zaur Atakişi oğlu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə zamanı zərər çəkmiş şəxslərin hamısı Piran kənd sakinləridirlər.

Qəzaya yüksək sürət səbəb olub.