XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

10 Mart 2018 - 17:35

Bakı-Qazax magistralında yol qəzası:xəsarət alanlar var

Yevlax rayonunda yol qəzası qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində baş verib.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində hər iki sürücü yüngül xəsarət alaraq ambulator müalicə olunub. Sərnişinlərdən biri, Yevlax şəhər sakini 1972-ci il təvəllüdlü Simayə Əliyevanın aldığı xəsarət ağır olduğundan o, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.