Qazaxda 2 nəfər suda boğulub.
Onlar Böyük Cəfərli kəndi ərazisindəki Didvan gölündə batıblar. Didvan gölündə batan balıqçıların kimliyi məlum olub. Onlar 35-38 yaşlı Ömərov Adil, Mustafayev Elşəndir.
İlkin məlumata görə, balıqçıların olduğu qayıq aşıb. Həmin şəxslərin axtarışları Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri tərəfindən davam etdirilir.