XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

11 Mart 2018 - 15:51

Məleykə Abbaszadə Yevlaxda qəzaya düşən şagirdlərə baş çəkib –Bir məktəbli üçün Bakıdan neyrocərrah çağrılıb

Yevlaxda şagirdlərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə nəticəsində 19 nəfərin yaralandığı bildirilir. Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanası və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.       

Mingəçevirdən seçilən deputat Aydın Mirzəzadə hadisə ilə bağlı məlumatlı olduğunu, növbəti dəfə Mingəçevir xəstəxanası ilə əlaqə saxlayaraq, yaralıların durumu ilə maraqlandığını bildirib:

“Mingəçevir Şəhər Xəstəxanası ilə əlaqə saxladım. Bu gün Yevlaxda avtobus qəzasına düşən və Mingəçevirdə müalicə alan şagirdlərlə maraqlandım. Onlardan ikisinin vəziyyəti nisbətən ağırdır. Biri əməliyyat olunub, hazırda vəziyyəti stabilləşib. İkinci şagirdin vəziyyətinə Bakıdan təcili çağırılan neyrocərrah qərar verəcək”.

Deputat deyib ki, Dövlət İmtahan Mərkəzinin rəhbəri Məlyekə Abbaszadə də həmin vaxt xəstəxanada olub: “Məleykə xanım yaralılara baş çəkib. Yaralıların validyenlərinə ciddi diqqət olunur və onlara övladlarının səhhəti barədə mütəmadi olaraq, ətraflı məlumat verilir”.

(Modern.az)