XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

11 Mart 2018 - 23:14

Azərbaycanlı biznesmen Rusiyada özünü asaraq intihar edib –Borca görə


Rusiyanın Saxalin vilayətində Azərbaycan vətəndaşı intihar edib.

Saxalindəki Azərbaycan icmasından APA-ya verilən məlumata görə, Azərbaycan vətəndaşı 30-35 yaşlı Məmmədov Elşən Fəxrəddin oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Əslən Azərbaycanın Tovuz rayonunun Düz Qırıqlı kəndindən olan Elşən Məmmədov Saxalində ticarətlə məşğul olub. Mərhum intihar etməmişdən öncə məktub yazıb. E. Məmmədovun külli miqdarda borcunun olduğu və bu səbəbdən canına qəsd etdiyi bildirilib.

Yaxın günlərdə mərhumun cəsədi dəfn olunması üçün Azərbaycana göndəriləcək.