XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

12 Mart 2018 - 15:23

Nepalda təyyarə qəzası nəticəsində azı 38 nəfər həlak olub –FOTO

Nepalın Tribhuvan beynəlxalq aeroportunda Banqladeşin “US-Bangla Airlines” kompaniyasına məxsus təyyarənin qəzaya uğradığı ərazidə ən azı 38 nəfərin cəsədi aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Associated press informasiya agentliyi məlumat yayıb. Xatırladaq ki, Dəkkə – Katmandu reysini həyata keçirən “Bombardier Q400” təyyarəsi eniş zamanı uçuş-eniş zolağından kənara çıxaraq yaxınlıqda yerləşən futbol meydançasına çırpılıb və yanıb. “The Kathmandu Post” qəzetinin məlumatına əsasən, hadisə zamanı təyyarənin göyərtəsində 67 sərnişin və 4 ekipaj üzvü olub. Hazırda qəza yerində xilasedicilər və yanğınsöndürənlər işləyirlər.

Aeroport administrasiyası qəzaya təyyarədə yaranan texniki nasazlıqların səbəb olduğunu ehtimal edir.