XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 April 2015 - 14:59

Türkiyədə universitetə silahlı hücum: ölü və yaralılar var (FOTO)

Türkiyədə universitetlərin birində silahlı atışma baş verib.

Strateq.az Anspress-ə istinadən xəbər verir ki, atışma Mardin Artuklu Universitetində olub. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Türk mətbuatının bildirdiyinə görə, universitet ərazisində sosial obyektlərlə bağlı tender keçiriləcəkdi. Lakin tender başlamazdan əvvəl iştirak edən tərəflər arasında narazılıq yaranıb. Bu narazılıq bir müddət sonra silahlı atışmaya çevrilib.

Hadisə yerinə çoxlu sayda polis işçiləri və təcili tibbi yardım maşınları gəlib. Yaralılar Mardin Dövlət Xəstəxanasına aparılıblar. Atışma səbəbindən polis universitet və yaralıların yerləşdirildiyi dövlət xəstəxanasının ətrafında ciddi təhlükəsizlik tədbirləri görüb.