XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

16 Mart 2018 - 20:25

Ağsu-Kürdəmir yolunda dəhşətli qəza –Altı nəfər öldü, biri yaralandı

Ağsu-Kürdəmir yolunda avtomobil qəzası baş verib.

Hadisə bu saat 18.30 radələrində Ağsu rayonu ərazisində qeydə alınıb. İlkin məlumata görə, hadisə nəticəsində altı nəfər ölüb. (APA)

Ağsu rayonunda dəhşətli yol qəzasında ölənlərdən iki nəfərin adları məlum olub.

Həlak olanlardan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Müdafiə Mərkəzinin Ağsu rayon şöbəsinin əməkdaşıdır. O, Ağsu rayon sakini, 1962-ci il təvəllüdlü İsmiyev Temirşah Sirac oğludur. Hadisə nəticəsində həlak olan digər şəxs T.İsmiyevin həyat yoldaşı, 1961-ci il təvəllüdlü İsmiyeva Mehparə Yarməmməd qızıdır. Hadisə nəticəsində həlak olan digər 4 nəfər isə Siyəzən rayon sakinləridir və hələlik həmin 4 nəfərin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Xatırladaq ki, bu gün axşam saatlarında Ağsu rayonunun Muradlı kəndi ərazisində "VAZ 2106" və "VAZ 2107" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 6 nəfər dünyasını dəyişib, 1 nəfər isə xəsarət alıb. (Trend)