XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Mart 2018 - 17:41

Aptek işçisini hədələyərək pul aparan şəxs tutulub- DİN

Martın 15-də Abşeron Rayon Polis İdarəsinə Novxanı qəsəbəsi ərazisindəki apteklərdən birində quldurluq faktı barədə müraciət daxil olub.

DİN-dən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin gün saat 18 radələrində Ağcabədi rayon sakini Elsevər Hüseynovun əczaçı işlədiyi aptekə gəlmiş naməlum şəxsin şüşə parçası ilə onu hədələyib kassadakı 60 manat pulu quldurluq yolu ilə apardığı müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.