XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

18 Mart 2018 - 23:26

 Lənkəranda 19 yaşlı gəncin boğazı kəsilib –Atası tərəfindən

 Lənkəranda 19 yaşlı gəncin boğazı kəsilib.

Strateq.az "Report"a istinadən xəbər verir ki, Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 19 yaşlı gəncin boğaz nahiyəsindən kəsilərək xəsarət alması barədə məlumar verilib.

Lənkəran şəhər Zərifə Əliyeva küçəsi 78/10 mənzil 1 ünvanına gələn həkimlər Yaqubzadə Əli İlham oğluna ilkin tibbi yardım göstərdikdən sonra qanaxmanı dayandırmaq mümkün olub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onun üzərində əməliyyat aparılır.

Hadisənin ehtiyatsızlıq üzündən baş verdiyi söylənilsə də, əldə etdiyimiz məlumata görə, hadisə ata-oğul arasında yaranan münaqişə səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.