XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

19 Mart 2018 - 13:38

Tatarıstan səhiyyə nazirinin müavini intihar edib –Cinayət işi açılıb


Tatarıstan səhiyyə nazirinin müavini Yelena Şişmaryova intihar edib.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional bölməsi məlumat yayıb.

Nazir müavininin meyiti Stolbişe qəsəbəsində evində aşkar edilib.  Onun ölümü kriminal xarakterli deyil. Müşahidə kamerası vasitəsilə hadisə yerində əlavə iz aşkar olunmayıb. Ekspertiza zamanı onun orqanizmindən fenobarbital maddəsinin izi aşkarlanıb. Başqa adı “lüminal” olan bu preparatdan epilepsiyaya qarşı istifadə edilir.

Bu səbəbdən də hadisə ilə bağlı cinayət işi açılmayıb.