XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

20 Mart 2018 - 11:09

“Rabitə işi”ndə təqsirləndirilən direktor Azərbaycandan getmək istəyir –Məhkəmə prosesi

"Rabitə işi"ndə təqsirləndirilən “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazəli Məmmədov yenidən məhkəməyə müraciət edib.

"Report"un xəbərinə görə, şirkət rəhbəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək şərti məhkumetmə ilə əlaqədar ona təyin edilmiş sınaq müddəti dövründə Azərbaycan hüdudlarından çıxışına qoyulan qadağanın üç ay müddətinə götürülməsini istəyir.

Lakin məhkəmə onun ərizəsini təmin etməyib.

Həmin qərardan narazı qalan N.Məmmədov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə apellyasiya şikayəti araşdırılır. İlkin baxış iclasında anket məlumatlar dəqiqləşdirilib.

Məhkəmənin növbəti prosesi aprelin 3-nə təyin edilib.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazəli Məmmədov və digərləri 2015-ci ildə həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalov 13 il və N.Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə endirilib. N.Məmmədovun barəsində isə şərti cəza verilərək məhkəmədən azadlığa buraxılıb.