XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

20 Mart 2018 - 23:02

Sumqayıtda “JEK”də işləyən qadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb –Proses

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Firuz Nəsiblinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə mərhum qadının həyat yoldaşı Paşa Qənbərov da iştirak edib.

Məhkəmənin növbəti icası martın 30-na təyin edilib.

Qeyd edək ki, 2017-ci il noyabrın 9-da Həsənova Nuridə Bəhram qızının üzərində bıçaqla yetirilməyə xarakterik deşilmiş-kəsilmiş xəsarətləri olan meyitinin yaşadığı Sumqayıt şəhəri, 7-8-12 məhəllə, ev 78A, mənzil 19-da aşkar olunub.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib. Cinayətin Sumqayıt şəhər sakini Nəsibli Firuz Şadət oğlu tərəfindən aralarında yaranmış şəxsi münasibətlər zəminində törədilməsində əsaslı şübhələr olduğundan sonuncu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, qətlə yetirilən N.Həsənova Sumqayıtda Mənzil İstismar Sahəsində (JEK) işləyirmiş/Report.