Moldovanın paytaxtı Kişineu şəhərinin mərkəzində partlayış verib.
"RİA Novosti" xəbər verir ki, bu barədə şəhər polisi açıqlama verib.
Ərzaq dükanında baş verən partlayış zamanı 2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.
Yerli KİV-lərin verdiyi məlumata görə, mağazada əl qumbarası partlayıb.
Polis ərazini nəzarətə götürüb/Report.