XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

21 Mart 2018 - 13:31

Biləsuvarda ağır yol qəzası:ölən və yaralananların adları məlum olub

Ötən axşam Biləsuvarda baş vermiş ağır yol qəzasında ölən və yaralanan şəxslərin adları məlum olub.

"Report"un Aran bürosunun məlumatına görə, "VAZ 2106" və "VAZ 21011" markalı avtomobillərin toqquşması nəticəsində rayonun Bəydilli kənd sakini 1972-ci il təvəllüdlü Dadaşov Zahid Balaqardaş oğlu ölüb. Sürücülərdən biri rayon sakini 1998-ci il təvəllüdlü Ağazadə Tağı Musa oğlu və sərnişin Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Novruzov Nurlan Elxan oğlu müxtəlif bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Hadisəyə ilkin səbəb olaraq, yüksək sürət göstərilir.

Faktla bağlı araşdırmalara başlanılıb.