XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

21 Mart 2018 - 20:09

Tufandağda 30 yaşlı gənc kanatdan yıxılaraqxəsarət alıb

Tufandağda 30 yaşlı gənc kanatdan yıxılaraq xəsarət alıb.

"Report" xəbər verir ki, Sumqayıt şəhər sakini 1988-ci il təvəllüdlü Elvin Xəqani oğlu İsgəndərov Qəbələ rayonunda Tufandağ istirahət kompleksində kanatdan yıxılaraq dəmir parçalarının altında qalıb.

Yaralını FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc Sumqayıta gətirilib və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.