XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

22 Mart 2018 - 19:10

Burun deşiyində həbsxanaya narkotik keçirmək istəyən Bərdə sakini tutuldu –FOTOLAR

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyatçıları 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirmək istəıyən Bərdə sakinini həbs ediblər.

Strateq.az Penitensiar Xidmətə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 317-2.1; 67.1; 206.3.1; 206.3.2; 234.1; 234.4.3-cü maddələrinə əsasən 10 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Bağırov Babək Surxay oğlunun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Bərdə rayon sakini Babayev Dəyanət Nürəddin oğlunun üzərinə və əşyalarına baxış keçirilib: "Bu zaman burun boşluğunun içərisində gizlətdiyi kağız bükülüdə 2.008 qram narkotik vasitə – tiryək aşkar edilib. Faktla bağlı araşdırma aparılır".