XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

23 Mart 2018 - 12:55

Qayıqla ölkəyə 11 kiloqram narkotik gətirən narkotacirlər ələ keçdi –Astarada

Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları ölkə ərazisinə İrandan 11,9 kq. narkotik vasitənin gətirilməsinin qarşısını alıblar.

Qaçaqmal Xəzər dənizinin Astara rayonu istiqamətində qayıqda aşkar edilib. Sərhəd- gözətçi gəmisi yoxlama məqsədilə qayığı saxlayıb. Qayıqda Astara ra­yonu Şah­ağacı kənd sakinləri Əliağa Quliyev və Seymur Quli­yev olub. Onların sərhəd sularında üzmə qaydalarını poz­maları müəyyən olunub.

Qayığa baxış zamanı 11,9 kq. narkotik maddə aşkar edilib. Həmin şəxslər narkotik vasitəni Azərbaycan ərazisinə keçirmək istəyirmişlər. Fakt üzrə zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.-