XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

23 Mart 2018 - 15:49

Prezident İlham Əliyevə müraciətdən sonra əfv olunan bədnam bloqeryenə Yerevana gəlir

Dağlıq Qarabağa qeyri-qanuni səfərinə görə həbs edilərək Bakıya gətirilmiş, daha sonra azad edilən İsrail vətəndaşı Aleksandr Lapşin Ermənistana gəlməyə hazırlaşır.

Strateq.az bildirir ki, bu barədə bədnam bloqer özü məlumat yayıb. O, aprel ayında Yerevanda keçiriləcək “In Tour Expo 2018” sərgisinə dəvət alıb. Lapşin orada turizmlə bağlı çıxış edəcək. Sərgi 20-22 aprel tarixində keçiriləcək.

Qeyd edək ki, Lapşin 6 ay Azərbaycanda həbsdə olub. Bloqer prezident İlham Əliyevə müraciət edərək səhv etdiyini, bağışlanmasını xahiş edib. Bundan sonra bloqer azad olunub.