XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

23 Mart 2018 - 18:59

Fransada insanları girov götürən terrorçu öldürüldü


Fransanın Treb şəhərində supermarketə hücum etmiş terrorçu öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə Fransanın daxili işlər naziri Jerar Kolon öz “Tvitter” səhifəsində yazıb. O bildirib ki, insanları girov götürmüş terrorçu güllələnib. Danışıqlar nəticə vermədikdən sonra xüsusi təyinatlı dəstələr əməliyyat keçirib və terrorçu ləğv edilib.