XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

23 Mart 2018 - 19:57

Rusiyadan Azərbaycana qədər təqib olundu –Masallıda güllələndi

Masallı rayonunda silahlı insident nəticəsində bir nəfər ağır yaralanıb.

"Report"un Cənub bürosu xəbər verir ki, 1953-cü il təvəllüdlü Qızlavar kənd sakini Ağayev Ağəddin Nuru oğlu güllələnmə diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahi əməliyyat zamanı onun bədənindən 4 güllə çıxarılıb.

Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir. Qeyd olunur ki, zərərçəkmiş Rusiyada müəyyən şəxslərlə ədavətdə olub və bu səbəbdən Azərbaycana qaçıb. Lakin sözügedən şəxslər onu təqib edərək Masallıda güllələyiblər.

Faktla bağlı araşdırma aparılır.