XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

24 Mart 2018 - 18:55

Bərdədə yol qəzası:xəsarət alanlar var

Bərdədə 4 nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Qarabağ bürosunun verdiyi xəbər görə, hadisə rayonun Koroğlu küçəsində baş verib. 

Belə ki, "LADA-099" markalı avtomobillə "Ford" markalı minik avtomobil toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və sərnişinləri ağır xəsarət alıb.

Yük avtomobilin sürücüsü Telman Əliyev, minik avtomobilinin sürücüsü, Ağdam rayon sakini, 1980-ci il təvəllüdlü Əliyev Qədir Tapdıq oğlu, habelə onun iki azyaşlı ovladı – 10 yaşlı Əlizadə Aysun Qədir qızı və 4 yaşlı Əlizadə Əli Qədir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar. Travmatalogiya şöbəsinə yerləşdirilən yaralıların vəziyyətləri ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.