Sumqayıtda fəhlə işlədiyi binadan yıxılaraq ölüb.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Dənizkənarı bulvar ərazisində inşa edilən yeni yaşayış kompleksində baş verib.
Adı hələlik açıqlanmayan fəhlənin yuxarı mərtəbədən yıxıldığı bildirilir. Hazırda həmin şəxsin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.