XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

25 Mart 2018 - 10:26

Xəzər sahilində qanunsuz tikililərin sökülməsi üçün məhkəmələrəmüraciət edilib

xezer.jpg

Xəzər dənizinin sahilboyu zolağında özbaşına aparılan tikililərin sökülməsi məqsədi ilə sənədlər aidiyyatı məhkəmələrə təqdim edilib.

Trend-in məlumatına görə, Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrində mövcud olan 140 obyektdə monitorinq aparılıb. Nəticədə Torpaq Məçəlləsinin 46-cı maddəsinin tələblərinin pozulması ilə bağlı olan 46 hal üzrə inzibati xəta törədən şəxslər 388 min manat cərimə edilib.

Monitorinq nəticəsində aşkarlanmış 34 zəbtolunma faktı üzrə sənədlər Daxili İşlər Nazirliyinə göndərilib. Eyni zamanda, 11 hal üzrə sənədlər özbaşına aparılan tikililərin sökülməsi məqsədi ilə aidiyyatı məhkəmələrə təqdim edilib.