Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun "Mal bazarı" adlanan ərazisi yaxınlığında təqribən 20-25 yaşlı Şəmkir rayon Qaracəmilli kənd sakini, Kərimov Teymur Salahəddin oğlunu avtomobil vurub.
Xəsarət alan piyada xəstəxanaya aparılan zaman keçinib.
Faktla bağlı araşdırma aparılır.