XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 March 2018 - 23:58

Hacıqabulda iki maşın toqquşub –Tibb bacısı və qızı xəsarət alıb

Hacıqabul rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Belə ki, Bakı-Qazax avtomobil yolunun rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub.

Nəticədə Şirvan şəhər sakini, Şirvan Diaqnostika Mərkəzinin 1967-ci il təvəllüdlü tibb işçisi Hüseynova Arzu İbiş qızı və onun 1990-cı il təvəllüdlü qızı Səlimova Fəridə Eldar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ana-bala Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, ilk tibbi yardımdan sonra A.Hüseynova Travmatologiya şöbəsinə yerləşdirilib, qızı isə ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır/Report.